Cybero MMC olaraq məqsədimiz sadəcə pullu təlimlər vasitəsi ilə mütəxəssis yetişdirmək deyil,
eyni zamanda pulsuz seminarların təşkili, maarifləndirici video çarxların hazırlanması, sosial ayıqlıq layihələri vasitəsi ilə
insanları və müəssisələri kiber təhditlərdən xəbərdar etmək, insanlar arasında informasiya təhlükəsizliyinə riayət etikasını
formalaşdırmaq və cəmiyyətdə bu sahədəki ayıqlıq səviyyəsini artırmaqdır.
KORPORATİV TƏLİMLƏR
İnformasiya təhlükəsizliyi nədir? Bu sahənin spesifik olaraq sizin
biznesinizdə və fəaliyyətinizdəki yeri?
auditoriya - menecment
Xidmət sahələri, ictimaiətlə əlaqələr, katiblik və kadrlar şöbələrini
hədəf alan təhdidlər və onların müəsisənin informasiya təhlükəsizliyindəki rolu.
auditoriya - hər kəs
Müəsisələr informasiya təhlükəsizliyinə necə nəzarət etməli?
İnformasiya təhlükəsizliyi siyasəti necə yazılmalı?
auditoriya - menecment
İşçilərin informasiya təhlükəsizliyi siyasətinə adekvat
davranışları. İnformasiya təhlükəsizliyi etikası və öhdəliyi
auditoriya - hər kəs
İnformasiya təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risk analizi metodları.
auditoriya - menecment
Müəsisə insident idarəetmə sistemini necə qurmalıdır?
auditoriya - menecment/texniki
İnformasiya təhlükəsizliyi insidenti baş verərsə nə etməli?
auditoriya - hər kəs
Yeni nəsil kiber təhdidlər və onlardan qorunma yolları.
auditoriya - hər kəs
Müəsisələrə özəl hazırlanmış təhdid statistikaları.
auditoriya - menecment
Bir zərərverici necə analiz edilməli və zərərsizləşdirilməlidir
auditoriya - texniki
İnformasiya təhlükəsizliyi auditi üçün faydalı alətlər və onlardan düzgün istifadə
auditoriya - texniki
Şifrələnmiş kanallar, şifrlənmiş məzmun və şifrləmə metodları
auditoriya - texniki
Kiber hücumların simulyasiyası yolu ilə işçilərin ayıqlıq səviyyəsinin yoxlanılması, nəticəyə uyğun təlim proqramının hazırlanması
auditoriya - hər kəs
İnformasiya təhlükəsizlini öyrədən simulyator oyun və testlərin hazırlanması / keçirilməsi
auditoriya - hər kəs
OWASP TOP-10 boşluqları nələrdir? Bu boşluqları necə yaranır? Onları necə aradan qaldırmaq olar?
auditoriya - texniki
KİBER TƏHLÜKƏSİZLİK XİDMƏTLƏRİ
VEB RESURSLARIN BLACKBOX ANALİZİ - Veb resursların blackbox (qaraqutu) auditi ilə kodlamanın təhlükəsizlik səviyyəsinin müəyyən edilməsi və boşluqların aşkar edilməsi.
MƏNBƏ KOD ANALİZİ - Proqram təminatlarının auditi ilə
kodlamanın təhlükəsizlik səviyyəsinin müəyyən edilməsi,
boşluqların aşkar edilməsi.
SERVER TƏHLÜKƏSİZLİYİ - Serverlərin təhlükəsizlik sazlamalarının auditi
ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİ - Şəbəkənin təhlükəsizlik auditi
HÜCUMLARIN ANALİZİ – İnformasiya Sistemlərinizdə anomaliyaların,
o cümlədən şübhəli faylların dinamik/statik malware analizi.
DAYANIQLILIQ TESTLƏRİ – İnformasiya sistemlərinin dayanıqlılıq
testlərinin aparılması
AYIQLIQ TESTLƏRİ - İşçi heyətinin xaker hücumlarına və Sosial
Mühəndisliyə qarşı reakasiyanın yoxlanması və təlimatlandırılması.
TƏHLÜKƏSİZLİK QAYDALARI - Obyekt üçün informasiya təhlükəsizliyi
siyasəti və işçilər üçün isə informasiya təhlükəsizliyi öhdəliyinin hazırlanması.
TƏLİMLƏR - Kompüter istifadəçilərinin mümkün kiber hücumlara hazırlanması üçün İnformasiya Təhlükəsizliyi Təlimlərinin keçirilməsi.
HAQQIMIZDA
CYBERO şirkəti Azərbaycanda fəaliyyəti sahəsi üzrə bir brend
yaratmağı bir çox ilklərə imza atmağı özünə missiya seçmişdir.
Missiyamız bir keyfiyyət standartı yaratmaqla bu sahə üzrə həm
gənclərimizin, həm də korporativ təlim
iştirakçılarının bilik və bu bilikdən yararlanmasındakı faydalılıq
əmsalının yüksəldilməsidir. Təlimləri xaricdə müxtəlif istiqamətlər
üzrə xüsusi təlimlər keçmiş yerli və ya müvafiq sahələr üzrə
əməkdaşlıq etdiyimiz xarici ekspertlərdən ala bilərsiniz.
İT karyera qurmaq istəyənlər
üçün təlim proqramlarımız auditoriya olaraq individual və qrup
təlimlərinə, texniki səviyyəyə görə isə başlangıc, mütəxəssis və
ekspert olmaqla 3 mərhələyə bölünür. Korporativ təlimlərimiz isə
auditoriyaya görə sıravi kompüter istifadəçiləri, texniki işçilər və
idarəçilər üçün nəzərdə tutulmuş 3 fərqli istiqamətdə keçirilir.
Bizi digər təlim mərkəzlərindən fərqləndirən üstünlüyümüz – təlimlərimizin
hər bir istiqamətində sizə sadəcə bilik vermək deyil, eləcə də bu
biliyin təhlükəsiz tətbiqini öyrətməyimizdir.
Təlimlərin hər kəsə faydalı olması üçün CYBERO şirkəti online
kiber simulyasiya oyunları,
online test və online təlim portalı üzərində işləyir. Yaxın
zamanda tam funksionallıqla bütün sadaladığımız xidmətlərdən
istifadə edə biləcəksiniz.
Kiber Təhlükəsizlik – Şirkətin informasiya təhlükəsizliyinə o
cümlədən işçi və müştəri məlumatlarının qorunmasına yanaşması
onun ciddiliyini və reputasiyasını müəyyən edən ən əsas göstəricilərdəndir.
CYBERO elektron informasiya sistemlərinizin (server və proqram təminatı)
və bu sistemlərin istifadəçilərinin təhlükəsizlik səviyyəsinin yoxlanılması
üçün təhlükəsizlik auditi xidmətlərini təklif edir.