BACKEND developer kimdir? Niyə PHP?
Adədən adından da məlum olduğu kimi arxa fonda qalmış kimi görünsə də əslində saytın bir çox funksiyalarını və dinamikliyini BACKEND proqramlaşdırma ilə təmin edirik. Düşünün ki, dizayner photoshopda dizayn hazırlayıp, FRONTEND developer dizaynı brovser üçün uyğunlaşdıraraq kodlaşdırıb amma saytda əlavə axtarış (search), yeni xəbərlərin əlavə edilməsi, müştəri bazası, alış-veriş, online ödəmə, şəxsi kabinet, inzibatçı panel, chat, sosial şəbəkə kimi funksional əlavələr istənilir. Bu kimi funksionallıqların FRONTENT-də əks oluna bilinməsi üçün BACKEND kodlaşdırmaya ehtiyac vardır. Bütün bu funksionallıqların arxa fonda gedən proseslərin necə işləyəcəyini düşünmək və yazmaq BACKEND developerin işidir.
CYBERO-nun xüsusi proqramla seçilmiş peşəkar təlimçiləri, BACKEND üzrə təlimlərində sadə veb saytlardan sosial şəbəkələrə, xəbər saytlarından alış-veriş portallarına qədər hər cür online platformaların yaradılmasını sizə PHP və mysql üzərindən öyrədəcək. Qeyd etmək istəyirik ki, PHP-nin imkanları sadəcə yuxarıda göstərilən funksionallıqların təmin edilməsi ilə bitmir, PHP çox geniş və maraqlı proqramlaşdırma dilidir.
PHP eyni zamanda
bu gün ən çox tələb olunan və öyrənilməsi ən asan hesab edilən proqramlaşdırma dilidir. Siz programmer və ya ekspert səviyyəsində php öyrənərək şirkətlərdə, banklarda, dövlət qurumlarında hətda evdə freelancer (sərbəst) və ya xarici şirkətlərlə remote (uzağdan) çalışaraq öz IT kariyeranızı inkişaf etdirə və kifayət qədər ciddi məbləğlər qazana bilərsiniz.
CYBERO 0-dan eskpert səviyyəsinə qədər yüksələcəyiniz karyera yolunuzda sizə daima dəstək olacaqdır!