Full - Stack Secure PHP Coder
Veb Proqramlaşdırma? Çoxlu kurslar? Aşağı keyfiyyət? Praktikadan uzaq müəllimlər? Təhlükəsiz kodlaşdırma?
Full Stack PHP Proqramist olmaq istəyirsiniz və yuxarıdakı suallar sizləri də narahat edirsə bizi seçin! CYBERO ilə siz istər FRONTEND istər BACKEND istərsə Full Stack Devoloper kimi təhlükəsiz kod yazmağı bu işdə uzun illər təcrübəsi olan mütəxəssislərdən praktiki biliklər almaqla öyrənəcəksiniz.
CYBERO-nun xüsusi proqramla seçilmiş peşəkar təlimçiləri, sadə veb saytlardan sosial şəbəkələrə, xəbər saytlarından alış-veriş portallarına qədər hər cür online platformaların yaradılmasını sizə öyrədəcək və 0-dan eskpert səviyyəsinə qədər yüksələcəyiniz karyera yolunuzda sizə dəstək olacaqdır!
Full-Stack Developer kimdir?
Full-Stack developer dedikdə 1 nəfərdən ibarət komanda yada düşür desək
yanılmarıq.Çünki bu mütəxəssislər eyni zamanda həm
Frontend
həm də
Backend developerin işini görmək gücündə və təfəkküründə
olurlar.Eyni zamanda saytın həm dizaynını kodlaşdırmaq və arxa fonda gedən
proseslərin kodunu düşünüp yazmaq böyük bacarıq tələb edir.Bu günə kimi
Azərbaycanda orta məktəb və universitetlərdə bu sahəyə kifayət qədər
diqqətin ayrılmaması bu gün ölkəmizdə bu mütəxəssislərin az olması
həqiqətini ortaya çıxarır.Çünki bu peşəni öyrənmək üçün praktika əvəzinə
ancaq internetdən, xarici saytlardan materilları tərcümə etmək və kitablardan
nəzəriyyələr oxumaq məcburiyyətində qalırdıq və ya yaxşı təhsil almaq üçün
kifayət qədər ciddi məbləğlər ödəyib xarici univeristetlərdə təhsil ala
bilərdik.Bu gün isə Cybero sizə bu işdə uzun illər təcrübəsi olan
mütəxəssislərdən praktiki biliklər almaq fürsəti yaradır.