Artan kiber təhlükələr ilə mübarizədə işçi heyətinizin maarifləndirilməsi üçün müəssisənizin fəaliyyət istiqaməti nəzərə alınmaqla hazırlanmış peşəkar korporativ kiber təhlükəsizlik təlimləri
Müəsisənizin informasiya resurslarının auditi, onlara qarşı kiber təhdidlərin analizi və risklərin qiymətləndirilməsi üçün təhlükəsizlik auditi xidmətləri
0-dan eskpert səviyyəsinə qədər yüksələcəyiniz proqramçı, təhlükəsizlik eksperti, sistem inzibatçısı kimi karyera yolunuzu CYBERO-nun xüsusi proqramla seçilmiş peşəkar təlimçiləri ilə başlayın
Sertifikatlaşdırılmış beynəlxalq təlim kurslarının xarici ekspertlərin dəvəti ilə Azərbaycanda və ya ölkə xaricində təşkil edilməsi
Bir proqramlaşdırma dilindən istifadə edərək həm FrontEnd həm də BackEnd qurmaq?
Bəli, bu Javascriptlə mümkündür! Javascript ən çox tələb olunan proqramlaşdırma dillərindən biridir. Developerlərin 80%-i və veb saytların 95%-i bu texnologiyadan istifadə edir.
Javascript nədir?
Ən populyar proqramlaşdırma dillərindən və qabaqcıl veb texnologiyalarından biridir. İlk öncə FrontEnd üçün nəzərdə tutulsa da artıq bir çox BackEnd funksiyaları olan proqram həlləri yaratmağa imkan verməsi onu daha da məşhurlaşdırıb.
Bu kursda siz “Starter” olaraq ilk öncə html/css/bootstrap və fundamental javascript bilikləri qazanacaqsız. Eləcə də mürəkkəb FrontEnd məsələlərini asanlıqla və sürətlə etməyə imkan verən Jquery kitabxanası ilə işləməyi və bununla bərabər asinxron sorğular göndərməyə icazə verən AJAX texnologiyasını öyrənəcəksiniz.
Növbəti mərhələ olaraq isə artıq siz hal-hazırda dünyada ən çox tələb olunan və facebookun-da üzərində qurulduğu FrontEnd texnologiyası ReactJs-lə işləməyi öyrənəcksiniz. Ən əsası isə siz hər bir proqramın ən vacib hissəsi və məntiqi olan BackEnd-i nodejs üzərində qurulmuş Express Web frameworku ilə yaradacaq və MongoDb məlumat bazası ilə işləyəcəksiniz.
Və nəhayət bütün bunları siz mentorunuz tərəfindən təyin olunmuş və ya öz ideyanız olan proyekt üzərində tətbiq edərək kod versiyalarınızı Git texnologiyası ilə daha effektiv idarə edəcəksiniz.
Təlim planı
Təlim müddəti - 6 ay / Aylıq təlim saatı - 16 saat (8 dərs)